AKP rəsmisi: Bu, “terrorsuz Türkiyə”də irəliləyişdir

media-hightechnic-468x90

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) PKK terror təşkilatının ölkə ərazisindən tamamilə çıxmasına dair qərarına münasibət bildirib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə partiyanın sözçüsü Ömər Çelik “X” səhifəsində yazıb.

O bildirib ki, PKK-nın Türkiyə daxilindəki ünsürlərinin, eləcə də bölgədəki silahlı və qanunsuz birləşmələrin, xüsusən İraq və Suriyadakı silahlı və qanunsuz birləşmələrin dağıdılması və tərksilahın davam etdirilməsi “terrorsuz Türkiyə” prosesinin əsas gündəmidir. PKK-nın tərksilahın davam etdirilməsi “terrorsuz Türkiyə”yə nail olmaq üçün yol xəritəsinin əsas sütununu təşkil edir.

Ömər Çelik vurğulayıb ki, bugünkü hadisələr, PKK-nın Türkiyədən çəkilmək qərarı və tərksilah istiqamətində yeni addımların atılacağı barədə açıqlaması ilə yanaşı, “terrorsuz Türkiyə” istiqamətindəki irəliləyişin konkret nəticələridir.

Xatırladaq ki, bu gün Türkiyə vaxtı ilə saat 11:00-da İraqın şimalındakı Qəndil bölgəsində PKK-nın ölkədən çıxacağə açıqlanacaq.

Beləliklə, lideri Abdulla Öcalanın çağırışı ilə özünü ləğv etmək barədə qərar qəbul edən təşkilatın tərksilah prosesində yeni mərhələ başlanacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05