Putin cəbhə xəttinə baş çəkdi, hesabatları dinlədi

media-hightechnic-468x90

Rusiya prezidenti Vladimir Putin qoşunların birləşmiş qrupunun komanda məntəqələrindən birinə baş çəkib.

Yenicag.az “İnterfax”a istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezident Baş Qərargah rəisi Valeri Gerasimov və Mərkəzi Hərbi Dairəyə cəlb olunmuş qrupların komandirləri ilə müşavirə keçirib. Onların hamısı qoşunların təmas xəttindəki vəziyyət barədə Ali Baş Komandana ətraflı məruzə ediblər”, – Kreml sözçüsü bildirib.

Onun sözlərinə görə, Kupyansk və Krasnoarmeysk istiqamətləri üzrə ayrıca hesabat var: Ukrayna Silahlı Qüvvələrinin 5 minədək şəxsi heyəti Kupyansk istiqamətində, 5,5 min nəfər isə Krasnoarmeysk istiqamətində mühasirəyə alınıb”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa