Tramp bu ölkələr arasında sülh sazişi imzalandığını açıqladı

media-hightechnic-468x90

Asiya turnesi çərçivəsində Malayziyaya səfər edən ABŞ Prezidenti Donald Tramp bildirib ki, Kamboca və Tailand arasında sülh sazişi imzalanıb.

Yenicag.az xəbər verir ki, ABŞ Prezidenti bu barədə öz sosial media hesabında paylaşım edib.

Səfər çərçivəsində Malayziya ilə yeni ticarət sazişinin imzalanması da planlaşdırılır. Tramp, həmçinin, Kuala-Lumpurda keçiriləcək Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv dövlətlərin liderlərinin sammitində iştirak edəcək.

Bundan sonra Donald Tramp Yaponiyaya yola düşəcək və orada ticarət və təhlükəsizlik məsələlərinə dair danışıqlar aparacaq. Ardınca onun Cənubi Koreyada Asiya və Sakit Okean hövzəsi ölkələrinin iqtisadi sammitində iştirak etməsi gözlənilir. Sammit çərçivəsində Trampın Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü də nəzərdə tutulub.

Qeyd edək ki, yay aylarında Kamboca və Tailand arasında baş verən sərhəd toqquşmaları nəticəsində 40-dan çox insan həlak olmuşdu. Yalnız Donald Trampın vasitəçiliyindən sonra tərəflər atəşkəs elan edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa