Avropa Parlamenti Azərbaycanla viza rejimini sadələşdirdi
Avropa Parlamenti Azərbaycanla viza rejiminin sadələşdirilməsinə dair keçən il Vilnüsdə imzalanan razılaşmanı təsdiq edib.
Qərar martın 12-də keçirilən səsvermədə qəbul edilib.
Qeyd edək ki, viza rejiminin sadələşdirilməsi üzrə saziş ötən ilin noyabrında Vilnüsdə keçirilən “Şərq Tərəfdaşlığı” sammitində imzalanıb. Azərbaycan parlamenti sənədi ratifikasiya edib. Readmissiya sazişi Aİ ölkələrində qanunsuz yaşayan və deportasiya qaydalarının təsiri altına düşən Azərbaycan vətəndaşlarının vətənə qaytarılmasını nəzərdə tutur.
Azərbaycan Şengen zonasına daxil olan, amma Avropa Birliyi üzvü olmayan ölkələrlə – Norveç, İsveçrə, İslandiya və Lixtenşteynlə də sadələşdirilmiş rejim haqqında ayrı-ayrı sazişlər imzalamalıdır.
Sadələşdirilmiş rejim Şengen vizalarının alınması üçün təqdim edilən sənədlərin sayca azaldılmasını, rüsumun 60 avrodan 35 avroya endirilməsini nəzərdə tutacaq.
Bəzi vətəndaşlar – təhsil almağa, müalicəyə, qohumlarına baş çəkməyə gedən şəxslər üçün rüsum ümumiyyətlə ləğv ediləcək.
Diplomatik pasport sahibləri vizasız səfərlər həyata keçirə biləcəklər.
modern.az