Avropa Parlamentindən mübahisəli qərar
Avropa Parlamenti mühacir və sığınacaq siyasətində əhəmiyyətli bir qərar qəbul edib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, qərara görə, Avropa ölkələri sığınacaq istəyən şəxsləri əvvəllər getmədikləri “üçüncü və təhlükəsiz” ölkələrə göndərə biləcək.
Bu, Avropada ilk dəfə geniş miqyaslı “təhlükəsiz üçüncü ölkə” anlayışının tətbiqidir.
“Təhlükəsiz mənşəli ölkələr” siyahısına Banqladeş, Kolumbiya, Misir, Hindistan, Kosova, Fas, Tunis və Avropa İttifaqına namizəd ölkələr, o cümlədən Türkiyə daxildir, Ukrayna isə siyahıya salınmayıb. Bu ölkələrdən gələnlərin sığınacaq müraciətləri sürətləndirilmiş prosedurlara tabe olacaq.
Qanun layihəsi Avropa Parlamentində 396 lehinə, 226 əleyhinə və 30 bitərəf səs ilə qəbul edilib. Lakin onun tam tətbiqi üçün 27 AB üzv dövlətinin razılığı zəruridir. İnsan hüquqları təşkilatları bu siyasətin sığınacaq hüququnu zəiflədə biləcəyindən ciddi narahatlıqlarını ifadə ediblər.
Nəsimi Ələsgərli













