Avropa Qran Prisi saat 18:00-da start götürəcək
Qarşıdakı mövsüm Formula1 tarixində ən uzun olacaq – çempionatın təqvimində 21 Qran Pri yeri alıb.
Bu gün çempionatın rəsmi saytında 2016-cı ildə keçirilən yarışların start vaxtı dərc olunub.
F-1.az bildirir ki, Bakıda baş tutacaq debüt Avropa Qran Prisinin startı yerli vaxtla 18:00-a təsadüf edəcək. Yarışın belə gec başlamasının səbəbi həmin günü Fransada keçirilən Le Man marafonunun finişidir – 24 saatlıq yarış bizim vaxtla saat 17:00-da başa çatmalıdır. İyun ayında ölkəmizdə günəşin saat 21:15-dən sonra batmasını nəzərə alsaq, yarışın belə gec başlaması problem olmamalıdır.
Xatırladaq ki, mövsümün ilk yarışı Avstraliyada baş tutacaq – Melburnda Albert Parkda keçirilən yarış bizim vaxtla saat 09:00-da start alacaq. Aşağıdakı cədvəldə digər yarışların Bakı vaxtılə başlanma saatı göstərilib…
| Tarix | Qran Pri | Start vaxtı (Bakı vaxtılə) |
| 20 mart | Avstraliya | 09:00 |
| 03 aprel | Bəhreyn | 20:00 |
| 17 aprel | Çin | 11:00 |
| 01 may | Rusiya | 17:00 |
| 15 may | İspaniya | 17:00 |
| 29 may | Monako | 17:00 |
| 12 iyun | Kanada | 23:00 |
| 19 iyun | Avropa | 18:00 |
| 03 iyul | Avstriya | 17:00 |
| 10 iyul | Böyük Britaniya | 17:00 |
| 24 iyul | Macarıstan | 17:00 |
| 31 iyul | Almaniya | 17:00 |
| 28 avqust | Belçika | 17:00 |
| 04 sentyabr | İtaliya | 17:00 |
| 18 sentyabr | Sinqapur | 17:00 |
| 02 oktyabr | Malayziya | 12:00 |
| 09 oktyabr | Yaponiya | 10:00 |
| 24 oktyabr | ABŞ | 00:00 |
| 30 oktyabr | Meksika | 23:00 |
| 13 noyabr | Braziliya | 20:00 |
| 27 noyabr | Əbu Dabi | 17:00 |












