!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Avropa baharı” başladı? - Üç ölkə “yanır” - FOTO/VİDEO

!Reklam – Yazi

Fransa küçələri döyüş meydanına çevrilib.

Yenicag.az xəbər verir ki, buna səbəb bir neçə müddətdir davam edən “sarı jiletlilər”in keçirdiyi aksiyalardır.

Aksiyalar artıq genişmiqyaslı şəkil almağa başlayıb və polislə qarşıdurmalar yaşanır.

Fransada benzin və dizel qiymətlərinə edilən artımlardan sonra başlayan “sarı jiletlilər”in etirazları Avropanın digər ölkələri – Belçika və Hollandiyaya da yansıyıb.

Dünən etibariylə, etirazçılar Fransanın mərkəzi küçələrində yenidən toplaşıb.

Səhər saatlarından toplaşmağa başlayan etirazçılara qarşı polis qüvvələri cəlb edilib və iki tərəf arasında qarşıdurmalar yaşanıb. Polis nümayişçilərə qarşı bibər qazı, su şirnaqlarından istifadə edib. Etirazçılar polisə rəngli boyalar, daşlar və dəyənəklərlə qarşılıq verib.

Hadisə yerindən verilən məlumatlarda azı 100 nəfərin saxlanıldığı bildirilir.

“Sarı jiletlilər”in etirazları qonşu Belçikada da davam etdirilir. Burada vəziyyət daha kritikdir. Nümayişçilər avtomobilləri yandıraraq polisin mümkün müdaxilələrinin qarşısını almağa çalışıb. Polis barrikadaları dağıdılıb və mərkəzi küçələr etirazçılar tərəfindən ələ keçirilib.

Bundan sonra polis daha sərt tədbirlər həyata keçirərək, etirazçılarının qarşısını alıb.

10 gündür davam edən aksiyalarda, nümayişçilərin təhlükəli maddələr istifadə etməsi səbəbiylə 11 polisin yaralandığı bildirilib. 100 çox etirazçının da yaralandığı qeyd edilib.

Artıq Fransaya qonşu ölkələrin media qurumları da daimi nümayəndələr yollayıb.

Fransada son bir ildə benzin və dizel üzərində 20 faizə qədər artım müşahidə edilib. Etirazlar 10 gün davam edir.

“Sarı jiletlilər”in etirazları Hollandiyaya da ayaq açıb. Sosial mediaya vasitəsiylə edilən çağırışlar nəticəsində qısa zamanda yüzlərlə etirazçı küçələrə axışıb.

Lahey, Nijmegan, Mastrikt, Alkmar və digər bölgələrdə 100lərlə nümayişçi etirazlara başlayıb. Təkcə Laheydə 200dən çox nümayişçi olduğu bildirilib.

Polisin “küçələrdə yox, meydanlarda etiraz edin!” əmrinə qarşı, etirazçılar parlament binasına doğru yürüyüş etməyə başlayıb.

Polis parlament önündəki etirazçıların meydanlara keçməsini əmr edib. Əks təqdirdə onların “sarı jiletlərini” çıxararaq, haqlarında cinayət işi başladılacağı ilə hədələyib.

 

COP29

www.yenicag.az

7769
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv