Avropada təbii qazın qiyməti yenidən 400 dolları ötdü

media-hightechnic-468x90

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 400 ABŞ dollarını ötüb.

Yenicag.az xəbər verir ki, 22 iyul tarixində TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə avqust fyuçerslərinin qiyməti 401,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (399,8 dollar) ilə müqayisədə 0,4% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600