Avropada yeni həyəcan

media-hightechnic-468x90

70791Avropada ebola həyəcanı yaşanır.

“Independent” qəzeti ebola virusu ilə bağlı alimlərin apardığı araşdırmaları ilə bağlı məqalə dərc edib.

Məqalədə bildirilir ki, Fransada xəstəliyin yayılması təhlükəsi 75%, Böyük Britaniya üçün isə 50% təşkil edir. Belçika, İspaniya və İsveçrə kimi ölkələr də təhlükədən sığortalanmayıb.

“Virusun yayılma təhlükəsilə üz-üzə qalan ölkələr haqqında dəqiq siyahı yoxdur, söhbət yalnız ehtimaldan gedir, ehtimal (yoluxma) isə hər kəs üçün artır”- deyə Bostonun Qərb-Şərq Universitetinin əməkdaşı Aleks Vespiqnani bildirib.

Dünya Səhiyyə Təşkilatı (DST) ebola virusunun yayıldığı ölkələrə giriş-çıxışa hələlik qadağa qoymayıb. Təşkilat bu virusun qrip və vərəm kimi infeksiyalardan fərqli olaraq havadan deyil, yalnız xəstə insanın qanı ilə birbaşa təmas zamanı sağlam insana keçdiyini bildirib.

Bununla belə DST xəstəliyin rəsmi qeydə alındığı ölkələrdə digər insanları yoluxdurmamaq üçün xəstə və yoluxma ehtimalı olan insanların uçuşuna qadağa qoyulması barədə tövsiyyələrini qüvvədə saxlamaqdadır.

Qeyd edək ki, ebola virusu Qərbi Afrikada sürətlə yayılır. Liberiya, Siyerra-Leon, Qvineya, Nigeriya, Konqo Demokratik Respublikası və Seneqalda ebola virusuna yoluxma qeydə alınıb. Ebola virusundan ölənlərin sayı 3 431, xəstəliyə yoluxanlar isə 7 470 nəfərdir. Virus əleyhinə effektiv vaksin hələlik tapılmayıb. (anspressşcom)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600