!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropadan Trampın ÜST-dən çıxmaqla bağlı qərarına CAVAB: “Ümid edirik ki...”

!Reklam – Yazi

“Avropa Komissiyası ABŞ Prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaq qərarının hələ dəyişdirilə biləcəyinə ümid edir”.

Yenicag.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat katibi Eva Qrnçirjova yanvarın 21-də Brüsseldə keçirilən brifinqdə bildirib. O, əlavə edib ki, sözügedən qərarın yenidən nəzərdən keçirilməsi üçün ümidlər var.

O, qeyd edib ki, Avropa Komissiyası ÜST ilə qlobal əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayır:

“Ümid edirik ki, ÜST-dən çıxmaqla bağlı elan yenidən nəzərdən keçirilir. Qlobal sağlamlıq təhdidləri ilə mübarizədə beynəlxalq əməkdaşlıq davam etdirilməlidir”.

Qeyd edək ki, Avropa İttifaqı ABŞ-ın təşkilatdan çıxması halında ÜST-nin maliyyələşdirilməsində yaranacaq boşluqları aradan qaldırmaq üçün digər tərəfdaşlarla əməkdaşlıq edir. Komissiya təşkilat üçün dayanıqlı və çevik maliyyə dəstəyi təmin edilməsinə çağırıb.

Xatırladaq ki, Donald Tramp prezidentlik fəaliyyətinə başladığı ilk gündə ÜST-dən çıxma qərarını elan edib. Bundan əlavə, ABŞ-nin xarici yardım proqramları 90 gün müddətinə dayandırılıb. Bu addımlar Avropa, xüsusilə Almaniyada ciddi narahatlıqla qarşılanıb. Avropa Komissiyası Tramp administrasiyasının bu qərarını dəyişəcəyinə dair gözləntilərini hələ də qoruyur.

www.yenicag.az

103
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv