Avropanın 11 ölkəsindən Rusiyaya XƏBƏRDARLIQ: “Bu, vaxtı keçməyən hərbi cinayətdir”

media-hightechnic-468x90

Avropa İttifaqının (Aİ) 11 ölkəsi Ukraynanın şəhərlərini raket atəşinə tutan Rusiyaya xəbərdarlıq edib.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Rusiyanın Ukrayna şəhərlərini raket atəşinə tutmasının hərbi cinayət sayıldığı həmin bəyanatı Bolqarıstan, Çernoqoriya, Çexiya, Estoniya, Litva, Latviya, Şimali Makedoniya, Polşa, Rumıniya, Slovakiya və Macarıstan prezidentləri imzalayıb.

Məlumata görə, bəyanatda Rusiyanın Ukraynanın şəhərlərini raket atəşinə tutması kəskin pislənilib və bu aksiya “vaxtı keçməyən hərbi cinayət” kimi qiymətləndirilib.

“Xatırladırıq ki, hərbi cinayətlərin, həmçinin bəşəriyyət əleyhinə törədilən cinayətlərin vaxtı keçmir və bu fəaliyyət bütün dünyada məhkəmə yurisdiksiyasına düşür.

Ölkələrimiz adından Rusiyanın Ukraynada mülki obyektlərə hücumları dayandırmasını tələb edirik”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa