Avropanın 15 ölkəsinin milli təhlükəsizlik nümayəndələri Kiyevdədirlər

media-hightechnic-468x90

Yanvarın 3-də Avropa ölkələrinin milli təhlükəsizlik müşavirləri Kiyevə gəliblər.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov “Telegram” kanalında məlumat verib.

Səfərə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Latviya, Estoniya, Litva, Polşa, Finlandiya, Kanada, Hollandiya, İsveç, Norveç və Danimarkadan nümayəndələri gəlib. Danışıqlara NATO, Avropa Şurası və Avropa Komissiyasının nümayəndələri də qatılıb.

“Qarşıda gərgin iş günüdür. Tərəflər təhlükəsizlik və iqtisadi məsələləri müzakirə edəcək, çərçivə sənədləri üzərində işləyəcək, Ukraynanın növbəti addımlarının beynəlxalq tərəfdaşlarla əlaqələndirilməsini müzakirə edəcək”, – deyə Umerov bildirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05