Avropanın səviyyəcə üçüncü turnirində BÖYÜK QARŞILAŞMA – Üzü gülən KİM OLACAQ?

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, sabah UEFA Konfrans Liqasının qalibinin adına aydınlıq gələcək. Belə ki, İngiltərənin “Chelsea” klubu ilə İspaniyanın “Real Betis” komandası həlledici oyunda münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma mayın 28-də Bakı vaxtı ilə 23:00-da Polşanın Vroçlav şəhərindəki “Stadion Wroclaw”da keçiriləcək.

Yenicag.az-la öz fikirlərini bölüşən tanınmış idman jurnalisti Rasim Sultanzadə də hər iki klubun cari mövsümdə enişli-çıxışlı və qeyri-stabil performans sərgilədiklərini vurğulayıb.

media-ogw5iznpxpcamdpzu4onhygc1zzab8hixaaemhom_640

Onun sözlərinə görə, hər iki komanda mövsüm ərzində istər yerli, istərsə də xarici çempionatda kifayət qədər yaxşı təsir bağışlayıb:

“Əsasən də mövsümün əvvəllərində möhtəşəm period tutan “Chelsea”nin çempion belə ola biləcəkləri ehtimal edilirdi. Çempion ola bilməsələr də, düşünürəm ki, yenilənmiş, gənc oyunçuların üzərinə qurulmuş kollektivlə Premyer Liqada 4-cü olub Çempionlar Liqasına vəsiqəni təmin etmək çox böyük uğurdur. “Real Betis”ə gəldikdə isə Manuel Pelleqrini tamamilə fərqli, daha döyüşkən bir kollektiv yaratmağa nail oldu. Mövsümün ikinci yarısında daha fərqli, daha istəkli bir “Betis”ə şahid olduq. Xüsusilə də ev oyunlarında komandanın daha yaxşı təsir bağışlamağa başladılar”.

R. Sultanzadə həmçinin söyləyib ki, sözügedən qarşılaşmada ada təmsilçisi kağız üzərində favoritdir:

“Əlbəttə, Premyer Liqa kimi daha intensiv, sürətli tempə malik liqada çıxış edən “Chelsea”ni daha üstün hesab edirəm. Avropa təcrübəsi də burada “Chelsea”nin xeyrinədir. Titulun hansı mənanı kəsb edəcəyi məsələsinə gəlsək, burada fikirlər müxtəlifdir. Heç bir Premyer Liqa klubu nəticəsindən asılı olmayaraq Çempionlar Liqası xaric başqa heç bir Avropa tituluna önəm verməyib. Tam əksinə, İspan klubları üçün vəziyyət həmişə fərqli olub. Ən yaxşı örnək olaraq da Avropa Liqasını ən çox qazana iki ispan klubu “Atletico Madrid” və “Sevilla”nı nümunə göstərmək olar. Ona görə də “Real Betis”in titulu əldə etməyə daha istəkli olduğunu düşünürəm”.

O, həmçinin “final oyunları çox vaxt ulduz futbolçuların deyil, gözlənilməz qəhrəmanların günü olur” fikrinə də münasibət bildirib:

“Real Betis” üçün bu mövsümün gözlənilməz qəhrəmanı şübhəsiz ki, Antoni olub. “Manchester United”dən ayrıldıqdan sonra öz oyununu bərpa edən braziliyalı “Real Betis”i finala daşıyan əsas oyunçulardan biridir. Lakin mənə elə gəlir ki, final oyunlarında hər zaman təcrübə əsas faktor oynayır. Avropa arenasında davamiyyəti nəzərə alsaq. “Chelsea”nin yaxın keçmişdə çox böyük təcrübəyə malik olduğunu görə bilərik. Ona görə də final oyunları gözlənilməyən oyunçuların yox, təcrübəyə malik olan tərəfin üstünlüyü ilə başa çatır”.

Göycə Göycəyev

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600