!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Avroviziya” üçün ifaçı və mahnı seçimi elan olundu

!Reklam – Yazi

“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) İsveçrədə keçiriləcək “Avroviziya-2025” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçiminə başlayır.

Yenicag.az xəbər verir ki, seçimlərdə iştirak etmək istəyən ifaçılar mahnıları ilə birgə öz müraciətlərini sentyabr ayının 15-na qədər [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciətin qəbul olunması üçün aşağıdakı şərtlər nəzərə alınmalıdır:

– göndərilən mahnılar MP3 192 kbps formatında və aranjiman edilmiş olmalıdır;

– iştirakçının qısa tərcümeyi-halı, fotoşəkli və mahnının müəllifləri haqqında məlumat təqdim edilməlidir;

– Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır;

– mahnı 2024-cü il sentyabrın 1-dək kommersiya məqsədilə hər hansı ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə), həmçinin, musiqi platformalarında yerləşdirilməməlidir.

Göstərilən tələblərə cavab verməyən müraciətlər etibarlı sayılmayacaq. Kanal seçilən mahnıya dəyişiklik və əlavələr etmək hüququnu özündə saxlayır.

Qeyd edək ki, “Avroviziya-2025” mahnı müsabiqəsi gələn il may ayında baş tutacaq.

COP29

www.yenicag.az

264
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv