Avstriya Aİ ətrafında böhranların “alov halqası” ilə əhatə olunduğunu bəyan etdi

media-hightechnic-468x90

Avropa İttifaqı (Aİ) münaqişələrin sərhədləri getdikcə daralan “alov halqası” ilə əhatə olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında bəyan edib.

Nazir əlavə edib ki, birlik yalnız bir böhrana diqqət ayıra bilməz.

“Avropanın ətrafında “alov halqası” yaranıb. Bizim hisslərimizə görə bu dairə durmadan kiçilir və getdikcə alovlanır… Bu təkcə Ukraynaya aid deyil; (Aİ) Azərbaycan və Ermənistandakı vəziyyət, Sahel dövlətləri (Afrika regionu) haqqında da düşünməlidir”, – deyə Şallenberq bildirib.
Eyni zamanda o, Aİ-nin Fələstin-İsrail münaqişəsinə konsentrasiyasına qarşı xəbərdarlıq edib. Avstriya XİN rəhbərinin fikrincə, bu, Aİ-nin digər böhranları nəzərdən salmasına səbəb olmamalıdır.

Mənbə: TASS

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600