Avstriya qaçqınları Gürcüstana göndərməyi təklif edib – Yenicag.Az

Reklam

Reklam

Avstriya xarici işlər naziri Sebastyan Kurts Gürcüstanda qaçqınlar üçün mərkəz yaradılmasını təklif edib.

Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi məlumatına görə, S. Kurt bunu Almaniya Xristian-Demokrat Partiyasının üzvü Yens Şpan ilə “Bild” qəzetinə birgə müsahibəsində bildirib.

S. Kurts deyib ki, Avropa İttifaqı sərhədlərindən kənarda BMT Qaçqınlar üzrə BMT Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə fəaliyyətin həyata keçiriləcəyi qaçqınlar üçün mərkəz yaradılmalıdır: “Əsas odur ki, Avropaya qeyri-leqal yolla gəlməyə çalışan insanlar həmin mərkəzə göndərilə bilsin. Belə mərkəzlər Gürcüstan, Misir, yaxud Qərbi Balkan ölkələrində yaradıla bilər”.

S. Kurts qaçqınlar üçün Aralıq dənizi marşrutunun bağlanılmalı olduğunu vurğulayıb. Y. Şpan isə bildirib ki, Avropa İttifaqı Şimali Afrika ölkələri ilə Türkiyəylə olduğu kimi miqrasiya sazişi imzalanmalıdır.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 64
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."