Avtobus dayanacağa girdi – Ölən və yaralananlar var
İsveçin paytaxtı Stokholmda ikiqatlı avtobus bir dayanacağa çırpılıb.
Yenicag.az xəbər verir ki, İsveç polisinin verdiyi açıqlamaya görə, paytaxtın Östermalm bölgəsində ikiqatlı avtobusun bir avtobus dayanacağına girməsi nəticəsində baş verən qəzada ölən və yaralananlar var.
Polis, qəzanın səbəbi və ölənlərlə yaralananların sayı barədə ətraflı məlumat verməyib. Media isə dayanacağa çırpılan ikiqatlı avtobusun boş olduğunu və sürücüsünün saxlanıldığını bildirib.
Qəzanın baş verdiyi dayanacaq və onun ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb, həmçinin təcili yardım əraziyə cəlb edilib.












