Avtobus sürücüsü vəhşicəsinə döyüldü-Video
Türkiyədə sərnişin avtobusunun sürücüsü döyülüb.
Yenicag.az anspress-ə istinadən bildirir ki, hadisə İstanbul şəhərində baş verib.
Hadisə sərnişin avtobusu dayanacaqda saxlayan zaman olub. Sürücü avtobusu saxlayıb və qapıları açıb. Bu zaman iki nəfər avtobusa minib və gözlənilmədən sürücüyə cumublar. Həmin şəxslər avtobus sürücüsünü şillə-təpik altına salıblar. Özünü itirən sürücü imkan tapan kimi sükan arxasından qaçıb.
Həmin adamlar sürücüyə “bizim maşını vurdun. Sən qəsdən bunu eləmisən”, – deyərək, onu vurublar.
Sərnişinlərin köməyilə sürücü “gözləri qızmış” insanların əlindən alınıb.
Həmin hadisə avtobusda quraşdırılan videokamera vasitəsilə çəkilib. Sonradan həmin video Türkiyə mətbuatında yayılıb.
ANS PRESS həmin videonu təqdim edir: