Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) “BakuBus” MMC-nin 14 saylı xətt üzrə hərəkət edən marşrut avtobusunu daşa basaraq şüşələrini sındıran şəxslərlərlə bağlı məlumat yayıb.
İdarənin mətbuat xidmətindən verilən xəbərə görə, yanvarın 23-də saat 18.00 radələrində Nəsimi rayonu ərazisində – Azadlıq prospektində “Baku Bus” MMC-yə məxsus “İveco” markalı avtobusun şüşəsi sındırılıb. Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin paytaxtdakı 132 saylı orta məktəbinin 2 şagirdi olması müəyyən edilib və vurulan ziyanın azyşalıların valideynləri tərəfindən ödətdirilməsi təmin olunub. Həmçinin övladlarına lazımi nəzarət etmədiklərinə görə onların haqqında müvafiq tədbir görülüb.
* * *
BakuBus”un 14 saylı marşrutu üzrə hərəkət edən “İveco” markalı sərnişin avtobusunu daşa basan şəxslər saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi axtarış tədbirləri nəticəsində xuliqanlıqda şübhəli bilinən 2000-ci il təvəllüdlü Abdulla Novruzov və Mircavad Məmmədov yaxalanıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Qeyd edək ki, Nəsimi rayonu ərazisində, Dilarə Əliyeva küçəsində avtobusun daşa basılması nəticəsində onun şüşələri sınmış və bir nəfər xəsarət almışdı.(lent.az)