“Rusiyanın təxribatçı addımları sülhə xidmət etmir” – Aqil Ələsgər ATƏT Konfransında çıxış etdi - VİDEO

media-hightechnic-468x90

Beynəlxalq insan hüquqları və humanitar hüquq, münaqişələrin istənilən mərhələsində mülki şəxslərin həyat və ləyaqətinin qorunmasını tələb edir. Azərbaycan bu prinsiplərə sadiqdir və bunu əməli yardımlarla sübut edir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in İnsan Haqlarına dair Konfransında çıxış edən,Mətbuat Şurası İdarə Heyətinin üzvü və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib.

media-whatsapp-image-2025-10-07-at-13-58-03-1

“Fələstində, xüsusilə Qəzzada ağır humanitar böhran fonunda ölkəm dərman, tibbi avadanlıq, ərzaq, içməli su və generatorlar göndərib”, – o vurğulayıb.

Aqil Ələsgər çıxışında bildirib ki, Azərbaycan Ukrayna ilə də enerji infrastrukturunun bərpası üzrə əməkdaşlıq edir, humanitar yüklərlə dəstək göstərir:

“Xüsusilə, Ukraynaya göstərdiyimiz humanitar yardımlara görə Rusiyanın Azərbaycana qarşı qeyri-dost, təzyiq və təxribat xarakterli addımları regionda sülhə xidmət etmir. Biz beynəlxalq hüquqa hörmət, suverenliyə və sərhədlərin toxunulmazlığına riayət, habelə humanitar normaların bərabər tətbiqi çağırışımızda qətiyik”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05