Tanınmış aktyor TƏƏSSÜFLƏNDİ: “Hamı reytinq uğrunda can verir”

media-hightechnic-468x90

“Bu gün reytinq uğrunda hamı can verir. Bunu anlamırlar ki, yarada bilməsən, reytinq olmayacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor Məhəmməd Verdizadə deyib.

Aktyor sənətə olan münasibətin dəyişdiyini, sənətin reytinqə qurban getdiyini təəssüf hissi ilə bildirib:

“Sənətkar kimdir? Sənətkar səhnəyə insan ruhunu gətirənə deyirlər. Fərq etməz, musiqi, teatr, ya kino… Gəlin keçmişə baxaq: Üzeyir Hacıbəyli, Rəşid Behbudov, Tofiq Quliyev və digərləri… Bu insanları ona görə sevirik ki, onlar səhnədə, sənətdə ruh yaradırlar. Sənətkar yaradıcı insanlara deyirlər. Sənətkar dünyaya, insana, hadisəyə dərin baxır, yalnız gördüyü ilə yox, duyduğu ilə yaradır. Bu gün artıq bu ölçü yox dərəcəsindədir. İndikilər formaya fikir verir, məzmuna yox. Mükəmməlik odur ki, sənin yaratdığın milyonların ruhuna oxşasın və illərlə yaddaşlardan silinməsin. Bu gün reytinq uğrunda hamı can verir. Bunu anlamırlar ki, yarada bilməsən, reytinq olmayacaq. Olsa da, o müvəqqəti olacaq. Bəli, bu günün tələbi, istəyi budur, bunu həm də zaman tələb edir. Dərinlik heç kimi maraqlandırmır. Mən belə düşünürəm ki, 1990 cı illərdən sonra dəyərlər də dəyişdi, insanlar da…”

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa