TASS-dan növbəti dəfə HƏDYAN XƏBƏR: Qondarma rejim və "120 min erməninin köçü" - FOTO

media-hightechnic-468x90

Rusiyanın TASS agentliyi İrəvanda qondarma rejimin nümayəndəliyində aparılan axtarışlarla bağlı məlumat yayıb.

Yenicag.az xəbər verir ki, məlumatda Ermənistan müxalifətçilərinin açıqlamaları geniş işıqlandırılsa da, diqqətçəkən məqam agentliyin “Artsax” adından istifadə etməsi və bölgədən 120 min erməninin köçünü xüsusi vurğulamasıdır.

Xəbərdə Qarabağdakı separatçı qurum “Artsax Respublikasə” kimi təqdim olunur ki, bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş terminologiyadır.

TASS köçü “bütün erməni əhalisinin bölgəni tərk etməsi” kimi təqdim edərək, faktiki olaraq separatçı narrativin legitimləşdirilməsinə xidmət edir.

Ermənistan rəsmilərinin “genişmiqyaslı təcavüz” iddiaları da agentlik tərəfindən sitat kimi verilir, bu isə Azərbaycanın antiterror tədbirlərini gözdən salmaq məqsədi daşıyır.

Maraqlıdır ki, xəbərlərində xüsusi açıqlamaları sevən, müxtəlif aydınladıcı şərhlər yazan TASS “Artsax” ifadəsini dəyişdirməyə, yaxud bunun qondarma rejim olduğunu əlavə etməyə ehtiyac duymayıb.

Qeyd edək ki, agentlik daha əvvəl də qondarma toponimlərdən istifadə etmiş, Azərbaycanın reaksiyası ilə müvafiq xəbərdə dəyişiklik edilmişdi.media-ekran-goruntusu-2025-12-11-144934 media-ekran-goruntusu-2025-12-11-144942

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa