Şeyx Əbdülü KÜSDÜRDÜLƏR: “Məni çağırmayıblar, özləri də şou göstərirlər”
“Kinodan söhbət gedirsə, sənətdən söhbət gedirsə, orada kinodan başı çıxan, onun dərdinə yanan adamlar – Hüseyn Mehdiyev, Cəmil Quliyev, mən də olmalıydım. Kino şou, meymunçuluq etmək yeri deyil”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Xalq artisti, tanınmış rejissor və aktyor Şeyx Əbdül Mahmudbəyov deyib.
O, “Kinoklub” verilişinin yenidən bərpa olunduğunu, lakin ona dəvət gəlmədiyini təəssüf hissi ilə bildirib:
“Baxdım ki, veriliş başlayıb, amma mən orada yoxam. O verilişin bərpa olunması üçün mən nə qədər təşəbbüs göstərmişəm. Çoxu kinoya dəxli olmayan adamlardır, yığışıblar ora. Çağırsaydılar məni, kinonun dərdindən, hazırkı vəziyyətindən danışardım, çıxış yolu göstərərdim. Yalandan şou göstərirlər. Onsuz da efirlərin əksəriyyətində şou göstərənlər var idi. Kinonu niyə şoulaşdırıblar? Mənə nə dəvət gəlib, nə də məni orada görmək istəyiblər. Səbəbini bilmirəm. Yəqin, yadlarına düşmürəm. Əgər kino xadimləri orada yoxdursa, onda o verilişin adını dəyişsinlər”.
Cəvahir












