Avtomobil piyadanı vuraraq öldürüb

media-hightechnic-468x90

Tovuz rayonunda avtomobil piyadanı vurub öldürüb.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Quşçu kəndində baş verib.
Kənd sakini, 31 yaşlı Orxan Ədalət oğlu Paşayev idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə yolu keçmək istəyən 57 yaşlı Eyvaz Polad oğlu Namazovu vurub. Nəticədə piyada hadisə yerindəcə keçinib.

Sürücü Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Yeniçağ.Az

media-ziraat-728x90

Avtomobil piyadanı vuraraq öldürüb

media-hightechnic-468x90

images (3)Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Ağcakənd-Goranboy yolunun 40-cı kilometrliyində qeydə alınıb. Anar Cəfərov idarə etdiyi “Nissan Sunnuy” markalı maşınla hərəkədə olarkən yolu keçmək istəyən piyada 72 yaşlı Kəlbəcər rayon sakini İsax Nəzərovu vurub. Piyada dərhal sürücü tərəfində Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq İsax Nəzərov xəstəxanada dünyasını dəyişib. İlkin ehtimala görə, qəzaya səbəb piyadanın anidən yola çıxması olub. Faktla bağlı Goranboy rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

media-ziraat-728x90

Avtomobil piyadanı vuraraq öldürüb

media-hightechnic-468x90

W1siZiIsIjczMzg5LzEzNDIzNjQxMTlAQVIiXSxbInAiLCJ0aHVtYiIsIjMyNngyMTAjIl1dŞəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Şəmkir Mərkəzi Rayon Xəstəxanasından  verilən məlumata görə, ötən gün rayonun İpək Yolu qəsəbə sakini, 1935-ci il təvəllüdlü Gilas Alıyev kəllə-beyin travması ilə xəstəxanaya daxil olub. Ona tibbi yardım göstərilsə də, xilas etmək mümkün olmayıb. Araşdırma zamanı məlum olub ki, G. Alıyev Şəmkir şəhəri Heydər Əliyev prospektində yolu keçmək istəyərkən Dəllər qəsəbə sakini, 1969-cu il təvəllüdlü Əbülfət Əliyevin idarə etdiyi “QAZ 3110” markalı avtomobillə vurulub.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600