
APA-nın verdiyi xəbərə görə, insident Stiluoter şəhərində ştatın universiteti tərəfindən təşkil olunmuş yürüş zamanı baş verib. Yüksək sürətlə hərəkətdə olan avtomobil hələlik məlum olmayan səbəblərdən izdihama çırpılıb. Ölənlərdən biri, xəsarət alanlardan isə dördü uşaqdır.
Məlumata görə, sükan arxasında olan 25 yaşlı şəhər sakini Adasiya Çembers avtomobili sərxoş vəziyyətdə idarə edib. O polis tərəfindən saxlanılıb. İnsidentin səbəbləri araşdırılır.
www.yenicag.az