Avtomobildə yüksək səslə musiqiyə qulaq asmaq qadağandır!

media-hightechnic-468x90

Polis əməkdaşları məişət səs-küyü ilə bağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirlərini davam etdirirlər. Vətəndaşların haqlı narazılığına səbəb olan bu cür hallar aşkar olunduqda ərazi polis orqanında tədbirlər görülür.

media-banner_tkm

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, gecə saat 00:00-dan sonra yaşayış məntəqələrindəki yollarda hərəkətdə olan zaman avtomobildə yüksək səslə musiqiyə qulaq asmaq, tez-tez səs siqnalından istifadə etmək də qanunla qadağandır. Bu cür hallara yol verilməsi ictimai asayiş pozuntusudur və nəqliyyat vasitəsinin saxlanılmasına qanuni əsas yaradır.

“Bir daha qeyd edək ki, məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Xəbərdarlıqlara baxmayaraq, belə hallara təkrar yol verən şəxslər barəsində daha sərt tədbirlərin görüləcəyi nəzərdə tutulur”, – deyə DİN-in məlumatında qeyd olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05