Bakı şəhərində avtoxuliqanlıq hərəkətləri edərək sosial şəbəkələrdə yayan, əvvəllər məhkum olunmuş, “Avtoş Rasim” kimi tanınan Rasim Şükürov saxlanılıb.
DİN Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, o, aprelin 6-da idarə etdiyi “VAZ 2107” markalı avtomobillə paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən hərəkətdə olan moped sürücüsü Edik Adıgözəlovu vuraraq hadisə yerindən yayınıb.
Məhkəmənin qərarı ilə Rasim Şükürov İnzibati Xətalar Məcəlləsinin 511.1-ci (avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə) maddəsi ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.
www.yenicag.az