Avtoxuliqan polisi maşınla vurdu

media-hightechnic-468x90

Tovuzda avtoxuliqanlıq edən şəxs polisi maşınla vurub

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə avtoxuliqanlıq edib və onu intizama dəvət edən həmin ərazidə xidmət aparan RPŞ-nin əməkdaşı polis baş serjantı İ.Qafarlını vurub. İ.Qafarlıya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əliyev saxlanılıb, onun sərxoş vəziyyətdə olması müəyyən edilib və rayon məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 511-ci və 535-ci maddələri ilə 1 ay müddətində inzibati qaydada həbs edilməklə 1 il müddətinə sürücülük hüququ məhdudlaşdırılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa