Avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO

media-hightechnic-468x90

Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, idarə etdiyi VAZ-2106 markalı avtomaşınla xuliqanlıq edərək rayon ərazisində ictimai qaydanı nümayişkaranə şəkildə pozan Hüseyn Məhərrəmov yaxalanıb.

Həmin şəxs saxlanıldıqdan sonra Rayon Polis Şöbəsinə gətirilib, idarə etdiyi avtomobil müvəqqəti duracağa yerləşdirilib.

H. Məhərrəmovun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə H.Məhərrəmov 20 gün müddətinə inzibati qaydada həbs edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600