UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda “Qarabağ”ın qonağı olacaq Niderlandın “Ayaks” klubunun Bakıya gətirəcəyi futbolçular bəlli olub.
Yenicag.az Niderland mətbuatına istinadən xəbər verir ki, Amsterdam təmsilçisi Azərbaycan paytaxtına 24 oyunçu ilə gələcək.
Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 4-ü isə hücumçudur. Qolkiperlərdən Remko Pasverin 41 yaşı var.
Qapıçılar: Cey Qorter, Remko Pasver, Diant Ramay;
Müdafiəçilər: Devayn Renç, Anton Qoei, Yorrel Hato, Ouen Veyndal, Ahmetcan Kaplan, Daniele Ruqani, Dis Yanse, Yosip Şutalo;
Yarımmüdafiəçilər: Cordan Henderson, Kennet Teylor, Van den Bomen, Kian Fits-Cim, Benyamin Tahiroviç, Brayan Brobbi, Çuba Akpom, Mika Qodts, Bertran Traore;
Hücumçular: Vaut Veqhorst, Kristian Rasmussen, Jorti Mokio, Ceydon Banel.
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” matçı saat 20:45-də başlayacaq.
www.yenicag.az