Reklam: High Technic
hightechnic

Ayaqlardakı ağrıların SƏBƏBLƏRİ

Ayaqda ağrılar müxtəlif xəstəliklərin əlaməti kimi özünü büruzə verə bilər.

Yenicag.az xəbər verir ki, bu ağrılar iti, key və ya uzun sürən xarakterli ola bilər. Ağrılar əzələ, damar, oynaq və nevroloji xəstəliklər, eləcə də travmalar səbəbindən meydana gələ bilər.

Səbəbləri

Qan qatılığı zamanı ağırlıq və gərginlik hiss etdirən, uzun sürən key ağrılar olur. Bu proses bir neçə müddət davam etdikdə aşağı ətraflarda damar genişlənməsinə səbəb olur. Ağrılar adətən axşama doğru başlayır.

Hamam, sauna, vanna qəbulu kimi isti mühitdə də ayaqlarda ağrı hiss oluna bilər. Qadınlarda bunun baş vermə səbəbi əsasən hormonal pozuntulardır. Estetik olaraq da bu bir sıra problemlərə səbəb olur. Belə ki, ayaqlarda damar düyünləri və kapillyarlar yarana bilər.

Tromboflyubitə (damar xəstəliyi) xarakterik olan iti ağrılar, güclü döyüntü və yanğı hissidir.

Ateroskleroz arteriyaları zədələyir, qan damarlarının qalınlaşmasına səbəb olur. Bu problemdən əziyyət çəkənlər adətən əzələlərin və ayaq barmaqlarının əsasən gəzərkən sıxılmasından şikayət edirlər. Bəzən bu hisslər axşam vaxtı daha qabarıq olur.

Onurğa problemləri bir qayda olaraq ayaqda ağrılara da səbəb olur. Adətən bu fəqərəarası disk yırtığı zamanı özünü daha qabarıq büruzə verir. Bu təbəqəyə oturaq sinirin iltihabı səbəbindən əmələ gələn problemlər də aiddir.

Yaşlı dövrə, o cümlədən orqanizmdəki sistem xəstəlikləri səbəbindən müxtəlif damar patologiyaları inkişaf edir ki, bunlar da ayaqda ağrılara səbəb olur.

Düzdaban xəstəliyi də ayaqda ağrıya səbəb ola bilər. Bundan əlavə bu problem ayaqların tez yorulması, ağırlıq hisslərinə də səbəb olur. Periferik sinir sistemi xəstəlikləri iti, dalğavarı ağrılarla müşahidə olunur. Nevroloji tutmalar ağrı olmadan bir neçə saniyə, dəqiqə və ya

saat davam edə bilər. Ən şiddətli ağrılar adətən əzələ iltihabı zamanı baş verir, ən qorxulu və ağır fəsadlarla nəticələnə biləcək ağrılar isə müxtəlif infeksiyalar səbəbindən yaranır.

Aşağı ətrafların travmaları da ağrısız keçmir.

Diaqnostika

Ayaq ağrılarına görə xəstəliyi müəyyən etmək düzgün deyil. Bunun üçün tam kliniki müayinədən keçmək mütləqdir.

Profilaktika

Ayaq damarlarında yaranan patologiyanın profilaktikası, ilk növbədə, ürək-damar sistemində meydana çıxan problemlərin qarşısını almağa kömək edir. Mütəmadi olaraq idmanla məşğul olmaq orqanizmdə qan axımını tənzimləyir. Qarın əzələlərinin bərkidilməsi də ayaqlarda ağrıların, eləcə də onurğa problemlərinin qarşısını ala bilər.

www.yenicag.az

117