Sosial şəbəkələrdə İranın Ali Rəhbəri ayətullah Xamneyi və beş yaşlı uşaq arasında söhbətin videosu populyarlaşır.
Yenicag.az xəbər verir ki, uşaq, ayətullah Xamneyiyə rəsm göstərir, ondan sonra İran lideri ona fars dilində bir neçə sual verir. Bundan sonra ayətullah qəfl türk (azərbaycan) dilinə keçərək uşaqdan soruşur: “Siz Türk yoxsa Farssınız?”
Uşağın anası türk olduğunu, ancaq ana dilində danışmadığını bildirir. Xamneyinin buna reaksiyası çoxlarını təəcübləndirdi.
“Fars dili məktəbdə və küçədə öyrədilir. Siz öz evinizdə ona türk dilini öyrədin. Qoy o hər iki dili bilsin”, – Xamneyi söylədi.
www.yenicag.az