AYİB Azərbaycanda iqtisadi artım proqnozuna yenidən baxıb
2013-cü ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artım tempi 3 faiz səviyyəsində proqnozlaşdırılır. Bu barədə “Avropa Yenidənqurma və İnkişaf Bankının əməliyyat apardığı ölkələrdə regional iqtisadi perspektivlər” adlı hesabatda deyilir.
AYİB-in may hesabatında cari ildə ölkədə iqtisadi artım proqnozu 3,5 faiz səviyyəsində olub.
Hesabatda deyilir ki, iqtisadi artım tempinin yubanmasına səbəb ölkədə neft hasilatı həcminin müvəqqəti azalmasıdır ki, bu da 2014-2015-ci illərdə ÜDM proqnozunun 3 faizədək azalmasına gətirib çıxarıb.
Bəzi Şərqi Avropa və Qafqaz ölkələrində ÜDM-in artım tempi üzrə proqnozun azalması səbəblərindən biri kimi Ukrayna-Rusiya Böhranı göstərilir. (trend.az)