AYNA-nın yaratdığı "nişan xaosu": Sürücülər üçün qayda, yoxsa cərimə tələsi? - VİDEO

media-hightechnic-468x90

Son illər Bakıda və digər şəhərlərdə yol hərəkətinin təşkili adı altında aparılan dəyişikliklər sürücülər üçün rahatlıq yaratmaq əvəzinə, daha çox çaşqınlıq və cərimə riski doğurur.

Yenicag.az xəbər verir ki, bunun əsas səbəblərindən biri AYNA-nın yol nişanları və xəttlənmələr arasında yaratdığı açıq-aşkar ziddiyyətlərdir.

Ən sadə nümunə: piyada keçidi nişanı var, amma yerdə xəttlənmə yoxdur. Bu halda sürücü harada dayanmalı, piyadanı harada buraxmalıdır? Qanun nişana əsaslanmağı tələb edir, amma real şəraitdə xəttlənmə olmadığı üçün vəziyyət mübahisəli qalır və nəticədə sürücü cərimələnir. Bu, yol təhlükəsizliyi deyil, məsuliyyətin sürücünün üzərinə atılmasıdır.

Daha da absurd vəziyyətlər var. Heç bir nişan və göstərici olmayan yerdə “dayanma-durma”ya görə cərimə yazılır. Sual yaranır: sürücü haradan bilməlidir ki, orada dayanmaq qadağandır? Görünməyən qaydaya görə cərimə  bu artıq qayda yox, tələdir.

Digər tərəfdən, dayanma və durmanın qadağan edildiyi yerlərdə parklanma ərazilərinin salınması tam məntiqsizlikdir. Bir yerdə qadağa nişanı, bir neçə metr sonra isə parklanma cizgisi bu, sistemsizlik deyilmi? Bu cür qərarlar yol hərəkətinin təşkili yox, inzibati xaos yaradır.

Xəttlənmələr isə ayrı bir problemdir. Qırıq xətlərin məsafəsi elə minimal çəkilir ki, bir avtomobilin normal şəkildə yerləşməsi mümkün olmur. Nəticədə sürücü ya yolun hərəkət hissəsinə çıxır, ya da xətti tapdalayır və cərimələnir. Bu artıq səhv planlama deyil, sürücünü bilərəkdən pozuntuya sürükləməkdir.

Daha təhlükəlisi isə xəttlənmələrin tarixçəsidir. Keçmişdə qoşa xətt olan yerlərdə sonradan qırıq xətt çəkilir, bir müddət sonra isə yenidən qoşa xəttə çevrilir. Bu dəyişikliklər çox vaxt nə izah olunur, nə də sürücülərə düzgün şəkildə çatdırılır. Eyni yol, fərqli vaxtlarda fərqli qaydalar bu, yol təhlükəsizliyi üçün ciddi riskdir.

Bütün bunlara əlavə olaraq, elə ərazilər var ki, xəttlənmə ümumiyyətlə qarışıq, silinmiş və ya anlaşılmaz vəziyyətdədir. Belə şəraitdə sürücüdən qaydalara ideal əməl etməyi tələb etmək nə dərəcədə ədalətlidir?

AYNA yol hərəkətini tənzimləyən qurumdur, sürücüləri cərimələmə mexanizmi yox. Əgər nişan, xəttlənmə və real yol şəraiti bir-birinə uyğun deyilsə, burada günah sürücüdə yox, sistemi quranlardadır. Yol hərəkətinin təşkili cərimə üzərindən deyil, aydınlıq, məntiq və təhlükəsizlik üzərindən qurulmalıdır.

Hazırkı vəziyyətdə isə bir çox yol nişanı və xəttlənmə qayda yaratmır – çaşqınlıq yaradır.

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05