Baba Vəziroğlu: "Televiziyaya baxmıram deyənlər toyda trend müğənnini yuxarı başa oturdurlar"

media-hightechnic-468x90

“Bankdan kredit götürür, o müğənnini toyuna çağırır. Amma söz düşəndə deyir, onu heç tanımıram”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu “Xəzər axşamı” verilişində deyib.

Şair “Mən Azərbaycan televiziyalarına baxmıram” deyən insanları səmimi olmağa çağırıb:

“Gəlin, içi mən qarışıq, səmimi olaq, riyakar olmayaq. Televiziyalara münasibətdə amansız olmayaq. Televiziya elə özümüzü göstərir. Əgər özünü orada əyri görürsənsə, onda özünə bax. Biz düzüksə, özümüzü necə əyri görə bilərik? Kimi dindirirsən, deyir, mən Azərbaycan televiziyalarına baxmıram, ancaq Üzeyir Hacıbəyovu, Baxı dinləyirəm. Amma toya çağırır, gedib görürsən, o “tanımıram” dediyi, “trenddə olan” müğənni yuxarı başdadır. Axırda da bir torba pulunu alıb gedir. Gedib bankdan kredit götürür, o müğənnini toyuna çağırır. Amma söz düşəndə deyir o kimdir, heç mən o müğənnini tanımıram. Səmimi olun”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05