!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azad sözün “fransızca” edamı - Fərid Şahbazlı yazır

!Reklam – Yazi

Avqustun 24-ü gecə saatlarında “Telegram” messencerinin təsisçisi Pavel Durov Farnsanın “Paris Le Burje” hava limanında həbs edilib. Məşhur milyarder “narkotik ticarəti, pedofiliya və dəlduzluqda” ittiham olunur.

Bu ittihamların təsdiqlənəcəyi təqdirdə, Rusiya əsilli Fransa vətəndaşını 20 ilə qədər həbs gözləyir.

Əlbəttə ki, ittihamların nə dərəcədə doğru olub-olmadığını öncədən heç kəs deyə bilməz. Lakin ortada bəzi düşündürcü məqamlar var ki, onlara cavab tapmaq olduqca vacibdir:

Əvvəla, Pavel Durov cinayətkar idisə, indiyə qədər niyə beynəlxalq axtarışa (İnterpol) verilməyib? Əgər verilmişdisə, nəyə görə bundan əvvəl bir müddətdir gəzib-dolaşdığı Bakıda həbsi tələb olunmadı?

İkincisi, KİV-in məlumatına görə, Durovun həbsi ilə bağlı qərar və order onun təyyarəsinin hava limanına enməsindən dəqiqələr öncə verilib. Bu hal isə Durovun həpsində cinayət motivlərindən daha çox, sifarişli siyasi motivlərin olduğuna və həmin motivlərin bir ucunun Fransa hakimiyyətinin ən ali strukturlarına gedib çıxdığına dəlalət edir.

Üçüncüsü, bildiyimiz qədər P.Durov, Fransa vətəndaşlığından başqa, ən azı daha üç ölkənin vətəndaşlığını daşıyır. O zaman nəyə görə, həmin ölkələrin heç birində rusiyalı iş adamının “cinayət əməlləri”ndən xəbərləri yoxdur? Hə, bax burada “xoruzun quyruğu” görünməyə, daha dəqiq desək, həbsin əsl səbəbi açılmağa başlayır. Rusiya Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin rəhbəri Andrey Klişasın da dediyi kimi, “fransızlar “söz azadlığı” və “Avropa dəyərləri” uğrunda mübarizələrini davam etdirirlər” (əlbəttə ki, özünəməxsus bir şəkildə, yəni “fransızca” – F.Ş.).
Bu baxımdan baş verənlərə dünyadan gələn reaksiyalar da müəyyən maraq doğurur. Məsələn, Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl bir iş adamının saxlanmasını “dəlilik” hesab edir. Politoloq Aleksey Aksyutenko qeyd edir ki, “Durov çox geniş məlumat bazasına malik olduğuna görə o, Qərb kəşfiyyat xidmətlərinin “marağındadır”.
Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot isə bildirib ki, “Paris hakimiyyəti təfərrüatlı hərəkətləri ilə dünyaya özünün “tiran siması”nı göstərir.

Lakin nədənsə hələlik, nə Avropa Şurasından, nə Avropa İttifaqından, nə ABŞ Dövlət Departamentindən, nə də Qərbin xidmətində olan saysız-hesabsız “insan haqlarını”, “söz azadlığı”nı, “bəşəri dəyərləri” qoruyan digər beynəlxalq təşkilatlardan bu “gurultulu həbs”ə münasibət açıqlanmayıb. Səbəb isə aydındır: Qərb nisbətən sərbəst, müstəqil, onun dediyi ilə oturub-durmayan bütün informasiya platformalarını qeyd-şərtsiz “düşmən” hesab edir. Çünki onların düşüncəsinə görə, söz o zaman “azad” sayıla bilər ki, ona məhz, Qərb nəzarət etsin. Vəssəlam!

COP29

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv