Altsheymer xəstəliyi tarix olur? - İnqilabi KƏŞF
Yeni araşdırmaya görə, lama və dəvə qanından əldə edilən kiçik zülal molekulları, yəni nanokorlar altsheymer kimi beyin xəstəliklərinin müalicəsində təsirli ola bilər.
Yenicag.az xəbər verir ki, bununla bağlı tədqiqat “Trends in Pharmacological Sciences” jurnalında dərc olunub.
Bu xüsusi antikor növü ilk dəfə 1990-cı illərdə dəvəkimilər ailəsində aşkar edilib. Adi antikorlardan 10 dəfə kiçik olan bu molekullar beynin qoruyucu baryerini asanlıqla keçə bildiyi üçün elm adamlarının diqqətini cəlb edir.
Fransanın Milli Elmi Tədqiqat Mərkəzindən Dr. Filip Rondar bildirib ki, dəvəkimilər nanokorları beyin xəstəliklərinin bioloji müalicəsində yeni dövr açır və mövcud yanaşmaları dəyişdirir.
Alimlərə görə, nanokorlar həm ənənəvi antikorlardan, həm də kiçik molekullu dərmanlardan daha çevik və təhlükəsiz ola bilər.
Əvvəlki siçan təcrübələri bu zülalların şizofreniya kimi xəstəliklərdə davranış pozuntularını aradan qaldıra biləcəyini göstərib.
Hazırda alimlər nanokorların insan klinik sınaqlarına keçməsi üçün təhlükəsizlik və sabitlik testlərini tamamlayır.












