KİV: "İran İsrailin Meksikadakı səfirinə sui-qəsd planlaşdırıb"

media-hightechnic-468x90

İran xüsusi xidmət orqanları İsrailin Meksikadakı səfirinə sui-qəsd hazırlayırmış.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu “Axios” portalı iddia edib.

Nəşr adı çəkilməyən ABŞ və İsrail rəsmilərinə istinadən aydınlaşdırıb ki, sui-qəsdin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri tərəfindən həyata keçirilməsi planlaşdırılıb.

Planın 2024-cü ilin sonlarında başladığı və 2025-ci ilin birinci yarısına qədər davam etdiyi iddia edilib. Nəşrə görə, hədəf İsrailin Mexikodakı səfiri Einat Kranz-Niger olub.

Nəşrin məlumatına görə, Meksika kəşfiyyatı yayda İranın Venesueladakı səfirliyində işləyən və Latın Amerikasında agentlər cəlb edən Qüds Qüvvələrinin rəsmisi tərəfindən təşkil edilmiş sui-qəsdin qarşısını alıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05