“Qəlbimizdə yaşayan Zəfərimiz mübarək olsun!”

media-hightechnic-468x90

Milli Məclisin deputatı İmamverdi İsmayılov 8 Noyabr – Zəfər Günü münasibətilə paylaşım edib.

Yenicag.az xəbər verir ki, millət vəkili “Facebook” hesabında Zəfər Gününün mənəvi və tarixi əhəmiyyətini vurğulayaraq yazıb:

“Beş il əvvəl xalqın iradəsi, Ordunun gücü, şəhidlərin müqəddəs nəfəsi və Müzəffər Ali Baş Komandanın qətiyyəti ilə Azərbaycan yenidən öz tarixinə sahib çıxdı.

O gün göylərdən gələn Zəfər səsi torpağın hər qarışına yayıldı, illərin nisgilini qürura çevirdi və Azərbaycanın beynəlxalq nüfuzunu yeni zirvələrə qaldırdı.

Bu Zəfər yalnız bir savaşın qalibiyyəti deyil millətin birliyinin, inamının və yenilməzliyinin möhürüdür.

Bu gün üçrəngli bayrağımızın küləklə danışan pıçıltısı həmin günün ruhunu yaşadır, Azərbaycanın gücünü və qürurunu dünyaya çatdırır.

Zəfəri yazan hər bir igidə, Vətənin şərəfini ucaldan hər bir qəhrəmana və bu yolun Ali Baş Komandanına minnətdarıq!

Dirçələn ruhumuz, ucalan Vətənimiz, qəlbimizdə yaşayan Zəfərimiz mübarək olsun!”

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa