Qırğızıstanda Zəfər Günü münasibətilə tədbir keçirildi

media-hightechnic-468x90

Azərbaycanın Qıröız Respublikasındakı səfirliyi tərəfindən 7 noyabr tarixində Qırğız-Türk Manas Universitetində 8 noyabr – Zəfər Gününə həsr olunmuş rəsmi tədbir və konsert proqramı təşkil edilib.

Yenicag.az xəbər verir ki, tədbirdə bu ölkənin xarici İşlər nazirinin müavini Meder Abakirov, parlamentin sabiq sədri Medetxan Şerimkulov, akkreditə olunmuş Türkiyə, Qazaxıstan, Özbəkistan və Macarıstan səfirləri, Şimali Kipr ticarət nümayəndəsi, Manas Universitetinin professor-müəllim heyəti, ictimaiyyət və diaspora nümayəndələri, KİV nümayəndələri və digərləri iştirak ediblər.

Tədbir Azərbaycan klassik poeziyasının nümunəsi olan Abbas Səhədin “Vətənimdir, vətənimdir vətənim” şeiri əsasında hazırlanmış Bayatı-Şiraz muğamı və Qarabağ bülbülünün ifasında bədii təqdimatla açılmış, ardınca 8 noyabr Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən Qırğız-Türk Manas Universitetinin prorektoru İsmet Altıntaş Azərbaycan xalqının Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni imkanlar yaratdığını vurğulayıb. O qeyd edib ki, bu qələbə yalnız Azərbaycan üçün deyil, bütün türk coğrafiyası üçün milli ləyaqətin və birliyin simvoluna çevrilmişdir. Prorektor həmçinin Qarabağın azad edilməsi ilə türk dünyasının siyasi və mənəvi xəritəsində tarixi ədalətin bərpa olunduğunu bildirib.

Səfiri Lətif Qəndilov çıxışında münaqişənin tarixçəsi, müharibənin gedişatı, qələbənin tarixi əhəmiyyəti, müharibədən sonrakı dövr, bərpa və reinteqrasiya prosesləri, eləcə də Cənubi Qafqazda uzunmüddətli sülh və inkişaf perspektivləri barədə geniş məlumat verib. Xüsusi olaraq qeyd edib ki, qazanılan qələbə Ali Baş Komandan – müdrik siyasətçi İlham Əliyevin incə planlaşdırılmış siyasətinin, xalqın və dövlətin vəhdətinin nəticəsidir. Azərbaycan öz torpaqlarını beynəlxalq hüquqa əsaslanan haqq və ədalət prinsipləri ilə azad edin. Səfir çıxışında həmçinin Qarabağın bərpası üçün həyata keçirilən ağıllı şəhər layihələri, minalardan təmizləmə prosesi və Böyük Qayıdış proqramı barədə məlumat verib.

Tədbirdə diplomatik korpus adından çıxış edən Qazaxıstan Respublikasının səfiri Rapil Joşıbayev bildirib ki, Zəfər Günü bütün türk dünyasının ortaq sevinci və qürurudur. Bu Qələbə sübut etdi ki, tarix boyu bir-birinə dayaq olan xalqlar birlik və həmrəylik içində olduqda heç bir güc onların qarşısında dura bilməz. Azərbaycanın Zəfəri yalnız bir dövlətin qələbəsi deyil, həm də türk dünyasının mənəvi birlik simvoludur.

Türkiyə səfiri Mekin Mustafa Kemal çıxış edərək Azərbaycan xalqını təbrik edib Azərbaycanın qələbəsinin Qafqazda və bölgədə sülh və stabilliyin təminatı üçün mühüm amil olduğunu vurğulayıb. O, qeyd etmişdir ki, hər zaman Azərbaycanın yanında olacaqlar və sülh anlaşması imzalanması ilə Ermənistanla münasibətlərin normallaşması istiqamətində addımlar atacaqlar. Çıxışının sonunda səfir Azərbaycan səfirliyinə təşəkkürünü bildirib.

Qırğız Respublikasının Parlamentinin sabiq sədri Medetxan Şerimkulov isə vurğulayıb ki, Azərbaycan xalqının qələbəsi yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də tarixi ədalətin bərpasıdır. O qeyd edib ki, qardaş xalqların birliyi gələcəkdə də bölgədə sülhün təminatçısı olacaqdır. Eyni zamanda Şerimkulov İlham Əliyevi dünyanın aparıcı siyasətçilərindən biri olaraq qiymətləndirib.

Tədbirin bədii hissəsində Zəfər Gününə həsr edilmiş canlı musiqi kompozisiyaları səsləndirilib, Azərbaycan musiqi irsinin klassik nümunələri (“Çırpınır Qara Dəniz”, “Yadıma Düşdü” və digərləri) və muğam ifaları təqdim olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa