!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azay Quliyevlə ilk görüşdə izdiham yaşandı: 1000-dən çox seçicisi könüllü oldu - FOTOLAR

!Reklam – Yazi

Azay Quliyevin 1000-dən çox seçicisi könüllü kimi təbliğat-təşviqat kampaniyasına qoşuldu

Yenicag.az xəbər verir ki, bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən “İslahatlara dəstək” seçicilərin təşəbbüs qrupunun deputatlığa namizədi, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev təbliğat-təşviqat kampaniyasına start verib. Azay Quliyevin 1000-dən çox seçicisi seçki qərargahının üzvü və könüllüləri kimi seçkilərin təbliğat və təşviqat mərhələsinə fəal şəkildə qoşulub.

Böyük izdiham yaşanan toplantı dövlət himnin ifası və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhunun yad edilməsi ilə başlayıb. Tədbirin moderatoru Şəmistan Əlizamanlı giriş sözü ilə çıxış edərək bildirib ki, deputatlığa namizəd, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyevi hamı yerli və beynəlxalq platformalarda çoxşaxəli fəaliyyəti, yüksək bilik və bacarığı, dürüstlüyü, təmiz reputasiyası ilə tanıyır. Azay Quliyev istər qanunverici orqanda, istər vətəndaş cəmiyyəti sektorunda, istərsə də ATƏT-dəki peşəkar fəaliyyəti, bilik və bacarığı ilə seçilən, yüksək mənəviyyata malik, dövlətinə, millətinə və prezidentinə sadiq bir şəxsdir: “Azay Quliyev deputat kimi səmərəli və işgüzaq fəalıiyyəti ilə seçicilərinin rəğbətini qazanıb. O, ardıcıl olaraq 14 dəfə parlament jurnalistləri tərəfindən ilin ən fəal millət vəkili seçilib. Azay Quliyevin təşəbbüsü ilə iki qanun qəbul olunub, onlarla qanun layihələrinə əlavə və düzəlişlər edilib. Onun hazırladığı iki yeni qanun layihəsi hazırda Milli Məclisin mərkəzi aparatı tərəfindən baxılmaqdadır”.

Ş.Əlizamanlı bildirib ki, Azay Quliyev ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatda seçicilərini, Milli Məclisi və bütövlükdə dövlətimizi, xalqımızı ləyaqətlə təmsil edir. O hazırda türk-islam dünyasından yeganə şəxsdir ki, ATƏT PA-nın vitse-prezidenti vəzifəsinə seçilməyə nail olub: “Onun parlament diplomatiyasının incəliyinə bələd olması, peşəkar fəaliyyəti və beynəlxalq arendakı nüfuzu və təcrübəsi imkan verdi ki, 2019- cu ildə yenidən 3 illiyə ATƏT PA-nın vitse-prezidenti vəzifəsinə təkrar və özüdə yekdilliklə seçilə bilsin. Azay müəllim 2022-ci ilə kimi bu mühüm vəzifənin daşımaqla ATƏT-də Azərbaycanın milli maraqlarını qorumaqda davam edəcək”.

Seçki qərargahının media ilə iş üzrə koordinatoru Gündüz Abbaszadə bildirib ki, “İslahatlara dəstək” seçicilərin təşəbbüs qrupu elan olunduğu gündən Azay Quliyevin seçki qərargahı böyük mütəşəkkilliklə fəaliyyətə başlayıb. Seçki qərargahına üzv olmaq üçün nüfuzlu ziyalıların, fəal gənclərin, bütün kateqoriyalardan olan seçicilərin müraciətləri hazırda da davam etməkdədir: “Biz imzatoplama mərhələsində seçicilərin Azay müəllimə necə sevgiylə yanaşdığını, həvəslə onun namizədliyinin qeydə alınması üçün imza verdiyinin bir daha şahidi olduq. Ona görə də bizim seçki kampaniyamızın bir fərqi də budur ki, biz seçki prosesini böyük könüllülər ordusu ilə birgə aparırıq. Bu günə olan məlumata görə 1000-dən çox könüllü deputatlığa namizəd Azay Quliyevin saytında qeydiyyatdan keçib: “8 saylı Binəqədi birinci seçki dairəsinin 47 mindən artıq seçicisi var. Fevralın 7-dək aparacağımız təbliğat-təşviqat kampaniyası çərçivəsində istisnasız olaraq seçki dairəsinin dislokasiyasına aid olan bütün məhəllələrdə görüşlər keçirəcəyik. Bütün evlərə Azay Quliyevin seçki bukletini çatdıracağıq. Yüzlərlə könüllümüzlə hər bir seçicinin əlini sıxmağa, istəyini, problemini dinləməyə çalışacağıq”.
G.Abbaszadə Azərbaycanda ilk dəfə olaraq 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri üçün e-kabinet xidmətinin yaradıldığını və bunun vətəndaşlar üçün unikal imkan olduğunu bildirib. Görüşdə iştirak edən bir seçici – Həsən Mehdi oğlu Mehdiyev müvafiq proseduru icra edərək e-kabinet sisteminin ilk istifadəçisi olub.
G.Abbaszadə çıxışında seçki qərargahının bütün üzvlərini sosial şəbəkələrdə daha da fəal olmağa çağırıb.

Azay Quliyevin seçki qərargahının könüllülər korpusunun koordinatoru Eldar Qurbanov cənab prezident İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsinin gəncləri sevindirdiyini deyib. Dövlətimizin başçısının bu qərarı gənclərin potensiallarını daha səmərəli şəkildə reallaşdırmasına, özlərinə inamlarının artmasına, həmçinin ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin daha da inkişafına mühüm töhfə verəcək. E.Qurbanov cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı olan könüllülüyün həm də vətənpərvərlik məktəbi, xalqına, dövlətinə, dəyərlərinə bağlılıq və xidmət örnəyi olduğunu deyib. O, seçki texnologiyasının bütün müasir imkanlarından istifadə edəcəklərini bildirib: “Qapıdan – qapıya” proqramı çərçivəsində Azay Quliyev haqqında bukletini 47 min seçicinin hamısına çatdıracağıq. Seçki texnologiyasının bütün müasir imkanlarından istifadə edəcəyik. Bu gündən başlayaraq Azay müəllimin seçicilərlə bütün görüşlərini, aksiyalarımız, tədbirlər haqqında məlumatları böyük mütəşəkkiliklə sosial şəbəkələrdə yayacağıq. Əminəm ki, Binəqədidə sizinlə yeni mərhələsinin əsasını qoyduğumuz könüllülük hərəkatı Könüllülər ilinin ən yaddaqalan, aparıcı fəaliyyətlərindən biri olacaq”.
E.Qurbanov azayguliyev.az saytında indiyədək 1000-dən artıq könüllünün qeydiyyatdan keçdiyini və bu prosesin hazırda da davam etdiyini vurğulayıb.

Tədbirdə Azay Quliyevin ötən 4 ildəki deputatlıq fəaliyyətinə aid hesabat xarakterli videoçarx (https://www.youtube.com/watch?v=4UWMT2DunmI), həmçinin, bu gündən etibarən seçicilərin ixtiyarına verilən e-kabinet sistemindən istifadə qaydalarına dair də videoçarx (https://www.youtube.com/watch?v=q8apg4BbUww) nümayiş etdirilib.

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev çıxış edərək bildirib ki, təbliğat-təşviqat kampaniyasının ilk günündə bu qədər könüllünün ruh yüksəkliyini görmək, belə coşqu ilə prosesə start vermək çox qürurvericidir: “Siz bu gün belə möhtəşəmliyi yaratmaqla hər kəsə, xüsusilə ölkə ictimaiyyətinə açıq mesaj vermiş oldunuz. Bu mesajın adı qələbədir!
Bu gün 1000-dən çox seçici könüllü olaraq bizim “İslahatlara dəstək!” çağırışımızı eşidib bizim seçki qərargahının işində iştirak etmək üçün səfərbər olunublar.
Təssəvür edin ki, hər biriniz seçki günü 20-30 nəfəri, qonşularınızı, dairə ərazisində yaşayan dostlarınızı, tanışlarınızı və qohumlarınızı seçkiyə gətirsəniz bu 30 minə yaxın seçici deməkdir. Bu isə azad, ədalətli və demokratik seçkilərdə Sizin namizədinizin mütləq qələbəsi deməkdir. Mən şübhə etmirəm ki, bu belə də olacaq və biz hamımız birlikdə fevralın 9-da bu möhtəşəm qələbəni birgə qeyd edəcəyik”.

Azay Quliyev qeyd edib: “Mən keçən 4 ildə deputatınız olaraq Sizin mənə göstərdiyiniz yüksək etimadı doğrultmağa, üzləşdiyiniz problemin həlli üçün bütün güc və bacarığımı səfərbər etməyə, daim yanınızda olmağa və sizi layiqincə təmsil etməyə çalışdım. Heç bir seçicinin qaldırdığı məsələyə laqeyd qalmadım, hara çağırdınız ora getdim, hansı məmurun qapısını döyməyi lazım bildiniz onu etdim, bir sözlə üzərimə düşən vəzifəni vicdanla yerinə yetirdim. Elə məsələlər oldu ki, onların həlli deputat səlahiyyətlərindən kənara çıxdı, lakin burada da əlimdən gələni etməyə çalışdım”.

Azay Quliyev deyib ki, cənab Prezident İlham Əliyevin apardığı geniş miqyaslı islahatlar həm həcminə, həm siyasi məzmununa və nəticələrinə görə əvvəlkilərdən çox fərqlənir. İslahatlar həyatımızın hər bir sahəsini əhatə edir. Ölkəmiz ciddi şəkildə dəyişir, müasirləşir, inikşaf edir və nəticədə əhalinin sosial vəziyyəti get-gedə yaxşılaşır. Dövlətimiz güclənir, ictimai-siyasi sabitlik dönməz xarakter alır. Bu islahatlar demək olar ki, dövlət quruculuğu prosesinin keyfiyyətcə yeni mərhələsinin əsasını təşkil edir: “Bugünkü reallıq ondan ibarətdir ki, dövlətini və millətini sevən hər bir kəs cənab prezident tərəfindən həyata keçirilən bu islahatlara və dəyişikliyə dəstək verməlidir. Çünkü bu hər birimizin marağına və mənafeyinə xidmət edir. Mən şox sevinirəm ki, məhz sizlər bu zərurəti düzgün qiymətləndirərək “İslahatlara dəstək” adlı təşəbbüs qrupu yaradaraq 8 saylı Binəqədi birinci seçki dairəsindən yenidən mənim deputatlığa namizədliyimi irəli sürdünüz. Bizim seçki şüarımız İslahatlara dəstəkdir! Əminəm ki, hamılıqla bu seçki prosesini uğurla başa vurub islahatlara dəstəyimizi fevralın 9-da öz səsimizlə açıq şəkildə ifadə edəcəyik”.

COP29

www.yenicag.az

908
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv