Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuş ilə görüşdü

media-hightechnic-468x90

Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş ilə görüşüb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Görüşdə ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutan Azərbaycan və Türkiyənin bütün məsələlərdə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirdiyi diqqətə çatdırılıb.

Spiker Sahibə Qafarova bildirib ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətlərinin, onların siyasi iradəsinin və qətiyyətinin nəticəsidir ki, münasibətlərimiz özünün ən yüksək səviyyəsinə çatıb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsində parlamentlərin də vacib rolu qeyd olunaraq, bu istiqamətdə mövcud olan əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib. Parlament sədrləri arasında qarşılıqlı səfərlərin və görüşlərin, o cümlədən deputatlar arasında sıx təmasların bu əlaqələrə mühüm töhfələri vurğulanıb. Qeyd olunub ki, qanunverici orqanlarımız parlament komitələri, dostluq qrupları və parlament aparatları səviyyəsində əməkdaşlıq həyata keçirirlər. Eyni zamanda, parlamentlərimizin həm ikitərəfli, həm də üçtərəfli formatlarda əməkdaşlıq etdiyi, o cümlədən beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyət göstərdikləri diqqətə çatdırılıb.

Söhbət zamanı Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü məmnunluqla xatırladaraq, görüş barədə müsbət təəssüratlarını bölüşüb.

Türkiyə Böyük Millət Məclisinin sədri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının yüksək səviyyədə təşkilinə görə minnətdarlıq bildirərək, bu mühüm tədbirin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlığın genişləndirilməsi və üzv ölkələrin parlamentləri arasında münasibətlərin daha da dərinləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05