“Azərbaycan artıq yalnız regionun deyil, DÜNYANIN SÖZ SAHİBİDİR": Sülh Şurası nələri vəd edir?

media-hightechnic-468x90

“Sülh Şurası platforması artıq beynəlxalq münasibətlər sistemində yeni siyasi mexanizmlərin formalaşdığını göstərən mühüm indikatorlardan biridir”

media-banner_tkm

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

media-1670219258_1101191

O, Sülh Şurasının ölkəmiz üçün perspektivləri barədə fikirlərini səsləndirib.

Deputat bildirib ki, Sülh Şurasının yaradılması təşəbbüsü beynəlxalq münasibətlər sistemində baş verən dərin transformasiyaların fonunda meydana çıxıb.

“Bu baxımdan onun “yeni dünya nizamının başlanğıcı” kimi qiymətləndirilməsi müəyyən siyasi və geosiyasi əsaslara malikdir. Xüsusilə Vaşinqton şəhərində keçirilən ilk iclas və burada aparılan müzakirələr göstərdi ki, aparıcı güclər artıq mövcud beynəlxalq təhlükəsizlik mexanizmlərinin effektivliyini yetərli hesab etmir və daha çevik, siyasi dialoqa əsaslanan yeni platformaların formalaşdırılmasına ehtiyac duyurlar.

Soyuq müharibədən sonra formalaşmış beynəlxalq sistem əsasən təkqütblü xarakter daşıyırdı. Lakin son illərdə regional münaqişələrin artması, yeni güc mərkəzlərinin meydana çıxması və qlobal rəqabətin dərinləşməsi mövcud sistemin böhran yaşadığını göstərir. Bu baxımdan Sülh Şurası bir neçə mühüm funksiyanı yerinə yetirməyi hədəfləyir: Münaqişələrin diplomatik yolla həlli üçün yeni siyasi platforma yaratmaq; Böyük güclərlə regional aktorlar arasında birbaşa dialoq mexanizmini gücləndirmək; Regional təhlükəsizlik məsələlərini qlobal gündəliyin əsas prioritetinə çevirmək.

Bu, əslində beynəlxalq münasibətlərdə daha inklüziv və çoxqütblü sistemə keçidin elementlərindən biri kimi qiymətləndirilə bilər.

Sülh Şurasında Prezident İlham Əliyevin iştirakı Azərbaycanın artıq təkcə regional deyil, daha geniş geosiyasi proseslərdə fəal rol oynadığını göstərir. Bu iştirak bir neçə mühüm reallığın göstəricisidir: Birincisi, Azərbaycan post-münaqişə dövründə sülh gündəliyinin təşəbbüskarlarından biri kimi çıxış edir. Qarabağ münaqişəsinin hərbi-siyasi yolla həllindən sonra ölkəmiz regionda yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasında əsas aktorlardan birinə çevrilib. İkincisi, Azərbaycanın belə bir platformada təmsil olunması ölkənin beynəlxalq nüfuzunun artmasının göstəricisidir. Bu, Azərbaycanın artıq yalnız regional problemlərin obyekti deyil, qlobal müzakirələrin subyekti olduğunu sübut edir. Üçüncüsü, bu platforma çərçivəsində Donald Tramp və Nikol Paşinyan kimi liderlərlə eyni siyasi müstəvidə müzakirələrin aparılması Azərbaycanın diplomatik imkanlarını genişləndirir.

Sülh Şurası Azərbaycanın gələcək inkişafı üçün bir neçə mühüm perspektiv vəd edir. Belə ki, regional liderliyin möhkəmlənməsi, Azərbaycanın Cənubi Qafqazda sülh prosesinin əsas təşəbbüskarı kimi mövqeyini daha da gücləndirə bilər. Bu isə, ölkəmizin siyasi təsir imkanlarını artırır. Digər tərəfdən, bu kimi platformalarda iştirak Azərbaycanın qlobal siyasi sistemdə rolunu artırır və ölkəni beynəlxalq qərar qəbuletmə proseslərinə daha yaxın edir. Eyni zamanda iqtisadi və strateji imkanlar yaradır. Azərbaycanın siyasi nüfuzu artır, yeni investisiya imkanları yaranır, nəqliyyat və enerji layihələrinin genişlənməsinə səbəb olur, Azərbaycanın strateji tərəfdaşlarının sayının artması ilə nəticələnir.

Bir məqamı da qeyd edək ki, sülh gündəliyinin beynəlxalq legitimliyinin güclənməsi ilə Azərbaycanın təqdim etdiyi regional sülh modeli beynəlxalq səviyyədə qəbul edilə və dəstəklənə bilər.

Bir sözlə, Sülh Şurası platforması artıq beynəlxalq münasibətlər sistemində yeni siyasi mexanizmlərin formalaşdığını göstərən mühüm indikatorlardan biridir. Azərbaycan üçün isə bu proses strateji baxımdan olduqca əhəmiyyətlidir. Bu, ölkəmizin yalnız regionda qalib dövlət kimi deyil, həm də qlobal sülh gündəliyinin formalaşdırılmasında iştirak edən nüfuzlu siyasi aktor kimi mövqeyini möhkəmləndirir.

İndiki mərhələdə Sülh Şurası Azərbaycanın beynəlxalq statusunu daha da yüksəldən və ölkəni yeni geosiyasi konfiqurasiyada əsas söz sahiblərindən birinə çevirən mühüm siyasi platforma kimi qiymətləndirilməlidir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05