Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb

media-hightechnic-468x90

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 319 milyon 360,72 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

media-banner_tkm

Yenicag.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 34 milyon 416,4 minABŞ dolları və yaxud 9,73 % azdır.

İki ay ərzində avtomobil və onların hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 12,29 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05