2023-cü ildə Azərbaycan 1 milyard 681 milyon ABŞ dolları dəyərində 95 971 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat ayıb.
Bildirilib ki, bu, 2022-ci illə müqayisədə müvafiq olaraq 58,9% və 28,7% çoxdur.
Ötən il sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı əvvəlki ilə nisbətən 2,5 dəfə azalaraq 163 ədəd (9,779 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 28,3% artaraq 88 151 ədəd (1 milyard 515,3 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 14 098-i (386,295 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 3 102-si (125,3 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 24,4%, ikincinin isə 6,4 dəfə artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 42,1% artaraq 7 287 ədəd (115,352 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 5,4% artaraq 370 ədəd (40 milyon ABŞ dolları dəyərində) olub.
www.yenicag.az