!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan “cırtdan”larla bir qrupda - Millətlər Liqasında

!Reklam – Yazi

UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasının püşkü atılıb.

Yenicag.az xəbər verir ki, bu gün İsveçrənin Lozanna şəhərində keçirilən tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız 3-cü qrupda Malta, Kosovo və Farer adaları ilə mübarizə aparacaq.

Püşkdən öncə 55 ölkənin yığma komandaları UEFA reytinqində yer aldıqları mövqeyə uyğun olaraq 4 liqaya və səbətlərə bölünüblər. Reqlamentə əsasən, A, B, C və D liqalarının qalibləri AÇ-2020-yə vəsiqə qazanacaqlar. Qaliblər hər liqada qrup birinciləri arasında təşkil olunacaq “Dördlər finalı”nda müəyyənləşəcək.

Qeyd edək ki, qrup mərhələsinin oyunları bu ilin sentyabr-noyabr aylarında keçiriləcək.

Millətlər Liqası

A liqası

1-ci qrup: Almaniya, Fransa, Hollandiya
2-ci qrup: Belçika, İsveçrə, İslandiya
3-cü qrup: Portuqaliya, İtaliya, Polşa
4-cü qrup: İspaniya, İngiltərə, Xorvatiya

B liqası

1-ci qrup: Slovakiya, Ukrayna, Çexiya
2-ci qrup: Rusiya, İsveç, Türkiyə
3-cü qrup: Avstriya, Bosniya və Herseqovina, Şimali İrlandiya
4-cü qrup: Uels, İrlandiya, Danimarka

C Liqası

1-ci qrup: Şotlandiya, Albaniya, İsrail
2-ci qrup: Macarıstan, Norveç, Bolqarıstan, Kipr
3-cü qrup: Sloveniya, Yunanıstan, Finlandiya, Estoniya
4-cü qrup: Rumıniya, Serbiya, Çernoqoriya, Litva

D Liqası

1-ci qrup: Gürcüstan, Latviya, Qazaxıstan, Andorra
2-ci qrup: Belarus, Lüksemburq, Moldova, San Marino
3-cü qrup: Azərbaycan, Farar adaları, Kosovo, Malta
4-cü qrup: Makedoniya, Ermənistan, Lixtenşteyn, Cəbəllütariq

www.yenicag.az

2103
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv