Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Azərbaycan cüdoçuları İtaliyada daha bir medal qazanıblar

Reklam: Sinerji Pro

İtaliyanın paytaxtı Romada kişilər arasında Avropa açıq çempionatına yekun vurulub.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.

Ölkəmizi 90 kq. çəki dərəcəsində təmsil edən Tural Səfquliyev finala gedən yolda serbiyalı Draqan Beqoviç, italiyalı Luka Qalbiati, yaponiyalı Şoiçiro Mukai və kanadalı Zaçari Burta qalib gəlib. Həlledici görüşdə Polşa təmsilçisi Pyotr Kuçzeraya uduzaraq mötəbər turnirin gümüş medalına sahib olub.
81 kq çəki dərəcəsində mübarizə aparan Afiq Səfərli isə 7-ci olub.

Xatırladaq ki, yarışın ilk günündə Oruc Vəlizadə (60 kq) milli komandamıza bürünc medal qazandırıb.

Qeyd edək ki, 36 ölkədən 257 idmançının mübarizə apardığı Avropa açıq çempionatında Azərbaycan milli komandası 16 cüdoçu ilə təmsil olunurdu.\

Yeniçağ.Az

www.yenicag.az

495