!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan Dəmir Yolları"nın fəaliyyətsizliyi: "Qurum ağlabatan açıqlama vermir" - ETİRAZ

!Reklam – Yazi

Bir neçə gün öncə Antiinhisar Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları”na qarşı antiinhisar qanunvericiliyin pozulması ilə bağlı iş qaldırdığını bildirib. Hazırda bu istiqamətdə araşdırmalar getdiyi bildirilir.

Yenicag.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları”nın fəaliyyəti ilə bağlı Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, Azərbaycan Dəmir Yollarının fəaliyyətsizliyi vətəndaşların əziyyət çəkməsinə yol açır:

“Ümumiyyətlə, son zamanlar Antiinhisar Dövlət Xidmətinin təbii inhisar subyektlərinə qarşı antiinhisar tədbirlərini gücləndirdiyi müşahidə olunur. Maraqlı məqam odur ki, “Azərbaycan Dəmir Yolları” (ADY) son bir neçə ildir ki, necə deyərlər, yarım gücü ilə işləyir. ADY ölkədaxili sərnişin daşımalarını tam dayandırıb və bununla bağlı ağlabatan bir açıqlama da verməyib. Sadəcə hansısa təkmilləşdirmə işlərinin aparıldığını açıqlayıb. Ötən bir neçə ildə ADY bir neçə beynəlxalq və daha böyük layihələri uğurla başa çatdıra bilib, amma lokalda ilişib qalıb.

Çox düşündürücüdür ki, bu nəhənglikdə qurum dəmir yolu ilə ölkədaxili sərnişin daşımasının iki ildir dayandırılması ilə bağlı heç bir ağlabatan açıqlama verməyib. Hansı işlərin görüldüyü və görüləcəyini, nə zaman başa çatacağını açıqlamayıb. Məlumdur ki, qarşıdan Novruz bayramı gəlir. Xeyli sayda insan qatarlarla gediş-gəlişə üstünlük verir. Daxili dəmiryol xətlərində servis və orta sürət xeyli zəif olsa da, digər nəqliyyat növlərinə nisbətən daha sərfəli və effektiv idi. Amma onu da ADY əlimizdən alıb”.

Gülşən Şərif

COP29

www.yenicag.az

595
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv