Azərbaycan diasporu Markovla bağlı Rusiyaya müraciət etdi

media-hightechnic-468x90

Rusiya Federasiyasındakı Azərbaycan diasporu rusiyalı politoloq Sergey Markovun xarici agentlərin reyestrindən çıxarılmasını tələb edib. 

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

“Görünür, Azərbaycana qarşı xoş münasibət indi Rusiyada ittihamlar və təqiblərə səbəb olub. Əgər indi Rusiyada insanlar Azərbaycanla dostluq və ya tarixi vətənlərinə məhəbbətə görə kənar elan edilsələr, bu, yaxşı olmayacaq “, – diasporun bəyanatında deyilir.

O da qeyd edilib ki, Azərbaycan təkcə Rusiya ilə həmsərhəd deyil. Respublika vətəndaşları Rusiya Federasiyasının çoxmillətli xalqının bir hissəsidir.

Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi ötən həftə analitiki “qara siyahı”ya əlavə edib./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa