Azərbaycan Ermənistana qarşı beynəlxalq məhkəmədə iddia qaldırdı
Azərbaycan Ermənistana qarşı beynəlxalq məhkəmədə iddia qaldırıb.
Yenicag.az Beynəlxalq Məhkəmənin veb saytına istinadən xəbər verir ki, Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanı pozduğuna görə Ermənistana qarşı Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı olan Beynəlxalq Məhkəməsində iddia qaldırıb.